Prezident və birinci xanım Müqəddəs Məryəm Ana kilsəsində - FOTO

Prezident və birinci xanım Müqəddəs Məryəm Ana kilsəsində - FOTO

Hazırda oxunan: Prezident və birinci xanım Müqəddəs Məryəm Ana kilsəsində - FOTO

246036

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 25-də Bakıdakı Müqəddəs Məryəm Ana katolik kilsəsində olub, Roma Papası Fransiskin vəfatı ilə əlaqədar başsağlığı veriblər.

Bizim.Media xəbər verir ki, dövlət başçısını və birinci xanımı Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete qarşılayıb.
 

Azərbaycan Prezidenti və birinci xanım matəm kitabına ürək sözlərini yazıblar. Sonra dövlət başçısı və birinci xanım Vladimir Fekete ilə söhbət ediblər.


Roma Papası Fransisklə görüşlərini və onun Bakıya səfərini məmnunluqla xatırlayan dövlət başçısı qeyd edib ki, Papa Fransiskin Heydər Məscidində ölkəmizdə fəaliyyət göstərən dini icmaların nümayəndələri ilə görüşü insanlar arasında birliyin bərqərar olmasının vacibliyi ilə bağlı mesaj idi. Prezident İlham Əliyev Papa Fransiskin xatirələrdə çox sadə, adi insanların ehtiyac və arzuları ilə yaşayan bir şəxs kimi qalacağını deyib.

Birinci xanım Mehriban Əliyeva da öz növbəsində Papa Fransisklə görüşlərini məmnunluqla xatırlayıb.

Vladimir Fekete dövlət başçısına və birinci xanıma başsağlığına görə minnətdarlığını bildirib. O, Roma Papasının katolik kilsənin lideri kimi bir nümunə olduğunu deyib.






















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO