Azərbaycan-Çin tərəfdaşlığı region üçün nə VƏD EDİR? – Metyu Brayzadan EKSKLÜZİV AÇIQLAMA

Azərbaycan-Çin tərəfdaşlığı region üçün nə VƏD EDİR? – Metyu Brayzadan EKSKLÜZİV AÇIQLAMA

Hazırda oxunan: Azərbaycan-Çin tərəfdaşlığı region üçün nə VƏD EDİR? – Metyu Brayzadan EKSKLÜZİV AÇIQLAMA

245892

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 22-də Çin Xalq Respublikasına dövlət səfərinə gedib. Aprelin 23-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub.
 

Bundan əlavə, Prezident İlham Əliyev və Çinin lideri Si Cinpin “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ı imzalayıblar.


Azərbaycan-Çin strateji tərəfdaşlığı nə vəd edir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza bildirib ki, Azərbaycanın Çinlə yüksək səviyyəli münasibət qurması, prinsipal olaraq, rəsmi Bakının çoxvektorlu və balanslaşdırılmış xarici siyasət yürütmək istəyinə uyğundur.

Sabiq səfir, iki ölkə arasında əməkdaşlığın daha da inkişaf edəcəyini vurğulayıb:

“Məncə, Çin Milli Neft Korporasiyası "Azəri-Çıraq-Günəşli" layihəsinin bir hissəsi idi, yəni Azərbaycanla Çin arasında iqtisadi və enerji sahəsində uzunmüddətli əlaqələr mövcuddur. Təbii ki, Azərbaycan BRICS-ə də qoşulacaq. Düşünürəm ki, Azərbaycanın Çinlə güclü münasibət qurması, prinsipal olaraq, Azərbaycanın çoxvektorlu və balanslaşdırılmış xarici siyasət yürütmək istəyinə uyğundur. Yəni Azərbaycan Rusiya, ABŞ, yaxud da Çinin rəhbərliyi altında hər hansı bir siyasi və ya iqtisadi düşərgəyə qoşulmayıb”, - deyə M.Brayza bildirib.

Diplomat Trampın tarif siyasəti fonunda Azərbaycan-Çin əməkdaşlığının əhəmiyyətindən də söz açıb:

“Prezident Trampın köhnə nizamı dağıdaraq yaratmağa çalışdığı "yeni dünya nizamı" məni narahat edir. Amma düşünürəm ki, Azərbaycanın Çinlə əldə etdiyi bu razılaşma daha çox Azərbaycanın balanslı xarici siyasətini qorumaq və hər hansı bir siyasi düşərgəyə qoşulmamaq istəyinin nümunəsidir”, - deyə sabiq səfİr əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO