Armudu stəkanda çay, limon və “İstisu”... – FOTO

Armudu stəkanda çay, limon və “İstisu”... – FOTO

Hazırda oxunan: Armudu stəkanda çay, limon və “İstisu”... – FOTO

245856

Xəbər verdiyimiz kimi, Çində dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyev Pekində CGTN (China Global Television Network) telekanalına müsahibə verib.

Bizim.Media xəbər verir ki, müsahibə zamanı Prezidentin əyləşdiyi kreslonun yanında qoyulmuş masadakı çay, su və limon diqqət çəkib.

Belə ki, dövlət başçısının istifadəsi üçün mineral suyun işğaldan azad edilmiş Kəlbəcər rayonunda istehsal edilən “İstisu” brendinin seçilməsi, çayın armudu stəkana süzülməsi, limonun isə bütöv halda qoyulması sosial şəbəkələrdə maraqla qarşılanıb.

Bir çoxu bu seçimin simvolik mənalar ifadə etdiyini bildiriblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO