Tokayev Aktaudakı təyyarə qəzasından DANIŞDI: “Bütün dünya xalqımızın birliyinə heyran qaldı”

Tokayev Aktaudakı təyyarə qəzasından DANIŞDI: “Bütün dünya xalqımızın birliyinə heyran qaldı”

Hazırda oxunan: Tokayev Aktaudakı təyyarə qəzasından DANIŞDI: “Bütün dünya xalqımızın birliyinə heyran qaldı”

245847

“Qazaxıstanın Azərbaycanla səmimi münasibətləri var. Bizi qədim Xəzər dənizinin sahilləri birləşdirir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstan Xalq Assambleyasının qurultayında bildirib.

Tokayev vurğulayıb ki, Bakı və Astana arasında münasibətlərdə sülh və sabitlik tərəflərin birliyi və birgə səyləri nəticəsində mümkün olub.

Qazaxıstan lideri bildirib ki, ötən il dekabrın 25-də Aktau şəhəri yaxınlığında AZAL-ın təyyarəsinin qəzaya uğraması buna bariz nümunə olub:

“Xalqımızın ən yaxşı keyfiyyətləri çətin anlarda xüsusilə özünü büruzə verir. Bunu ötən il Aktau yaxınlığında baş verən təyyarə qəzası zamanı bir daha gördük. Qazaxıstan vətəndaşları yaralılara yardım etməyə can atıb, kütləvi şəkildə qan verib, bunun üçün növbələrə dayanıb, Azərbaycan səfirliyi önünə gül dəstələri düzüblər. Bütün dünya xalqımızın birliyinə və fədakarlığına heyran qaldı”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO