Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə aprelin 24-də İspaniya Krallığına səfər edəcək.
QMİ-nin mətbuat xidmətidən Bizim.Media-ya bildirilib ki, A.Paşazadə BMT Baş Katibinin müavini, BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinosun dəvəti ilə “BMT Sivilizasiyalar Alyansı” və “Dinlər Sülh Uğrunda” təşkilatlarının “Sülh, Müharibələrə son qoymaq və Beynəlxalq Hüquqa Hörmət üçün Çağırış” adlı birgə təşəbbüsünün ilk tədbirində iştirak edəcək.
Aprel 25-26-da - İspaniyanın tarixi Gernika şəhərində faciəli bombardmanın 88-ci ildönümündə dini liderlərin iştirakı ilə keçiriləcək dəyirmi masa və anım tədbirinin məqsədi sülh çağırışını təşviq etmək, beynəlxalq hüquqa hörməti dəstəkləmək, müharibələrə qarşı qınağı gücləndirməkdir.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
18:45 / 23.04.2025
Qafqaz Müsəlmanları İdarəsinin sədri İspaniyaya SƏFƏR EDƏCƏK
Hazırda oxunan: Qafqaz Müsəlmanları İdarəsinin sədri İspaniyaya SƏFƏR EDƏCƏK
Hazırda oxunan: Qafqaz Müsəlmanları İdarəsinin sədri İspaniyaya SƏFƏR EDƏCƏK
245727
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.