“Bunlar dəyəri milyardlarla olan layihələrdir” - Prezident

“Bunlar dəyəri milyardlarla olan layihələrdir” - Prezident

Hazırda oxunan: “Bunlar dəyəri milyardlarla olan layihələrdir” - Prezident

24541

“Siyasi dialoq və güclü siyasi əlaqələr müxtəlif sahələrdə əməkdaşlığın təməlini qoyur və bir çox italyan şirkəti Azərbaycanda aktiv fəaliyyət göstərir, ölkəmiz üçün önəmli layihələri həyata keçirir”

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffurinin etimadnaməsini qəbul edərkən danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev İtaliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO


Dövlət başçısı bildirib ki, bunlar dəyəri milyardlarla dollar olan böyük həcmli layihələrdir:

“Gələcəkdə də daha çox fürsət olacaq. Əlbəttə ki, biz enerji əməkdaşlığından başladıq, Azərbaycan neftinin təchizatı İtaliyanı bizim ən böyük ticarət tərəfdaşımız edir. Lakin mən ümid edirəm ki, ticarət dövriyyəmizi artırmaq üçün biz başqa sahələri də tapa biləcəyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO