Kovalenko Trampın gizli planını İFŞA ETDİ: “Putini arxayın salmaq üçün...” – ÖZƏL

Kovalenko Trampın gizli planını İFŞA ETDİ: “Putini arxayın salmaq üçün...” – ÖZƏL

Hazırda oxunan: Kovalenko Trampın gizli planını İFŞA ETDİ: “Putini arxayın salmaq üçün...” – ÖZƏL

245269

“Bu günə olan vəziyyətə görə biz ABŞ-ın yalnızca Ukraynanın tərəfində dayandığını göstərən bir mövqe tutduğunu müşahidə etmirik”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında ukraynalı politoloq, hərbi ekspert Aleksandr Kovalenko deyib.

ABŞ-nın Rusiya-Ukrayna münaqişəsindəki vasitəçiliyi, Vaşiqtonun Kiyevə qarşı sərt münasibətini şərh edən analitik, bunun böyük gedişin bir hissəsi ola biləcəyini vurğulayıb:

“Tamamilə mümkündür ki, bu, müəyyən siyasi oyunun bir hissəsidir – Putini arxayın salmaq məqsədilə həyata keçirilən bir cəhd, yəni onun ayıqlığını itirməsi üçün qurulmuş bir görüntüdür.

Amma əgər bu həqiqətən də belə bir siyasi oyundursa, əgər bu, Ağ Evin seçdiyi bir strategiyadırsa, onda bu, tamamilə uğursuz bir strategiyadır. Çünki bu günə qədər Putin dəfələrlə Donald Trampı aldadıb. O, Ukraynada törətdiyi cinayətlərə görə faktiki olaraq heç bir cəza və ya məsuliyyət daşımayıb. Bu cinayətlərə Krivoy Roq, Sumı, Dnipro və Xarkovda mülki şəxslərin qətlə yetirilməsi daxildir. Yəni mülki əhaliyə qarşı sistemli və davamlı terror aktları həyata keçirilir”, - deyə A.Kovalenko deyib.

Ekspert əlavə edib ki, hazırda görünən mənzərə yalnız Rusiyanın maraqlarına cavab verir:
 

“Həmçinin, hətta ən sadə və əsas razılaşmalara belə riayət edilməməsi onu göstərir ki, əslində Putin Tramp ilə oynayır. Əgər belə danışıqlarda vasitəçi olan ölkə və onun prezidenti – yəni hərbi cinayətkar və işğalçı ölkə tərəfindən alətə çevrilən bir aktordursa, bu halda Ukrayna üçün belə bir vasitəçilik nə dərəcədə məqsədəuyğundur?


Əgər bu vasitəçilik Ukraynanın maraqlarını müdafiə etməyəcək və əksinə, Rusiyanın ultimatumlarına uyğun qərarların qəbuluna məcbur edəcəksə, onda Ukrayna üçün bu nə dərəcədə faydalı ola bilər?”, - deyə ekspert qeyd edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO