İrəvan Bakının Zəngəzur tələbi ilə razılaşdı – Proses belə olacaq

İrəvan Bakının Zəngəzur tələbi ilə razılaşdı – Proses belə olacaq

Hazırda oxunan: İrəvan Bakının Zəngəzur tələbi ilə razılaşdı – Proses belə olacaq

244864

“Ən azı yarım il əvvəl hökumət deyirdi ki, heç bir dəhliz olmayacaq. İndi isə Ermənistanın İranla eyni şərtlər əsasında ərazisindən Azərbaycana keçid verməyə hazır olduğunu bildirir”.

Bizim.Media xəbər verir ki, bu barədə “HayaQue” teleqram kanalının məlumatında qeyd olunur.

Nəşr xarici işlər naziri Ararat Mirzoyanın Antalya Diplomatik Forumu zamanı Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlərə diqqət çəkib və bunu etiraf kimi dəyərləndirib:
 

“Mirzoyan rəsmən elan etdi ki, İrəvan Bakı ilə dəhlizin açılması üçün sadələşdirilmiş prosedurlar planlaşdırıb. Yəni dəmir yolu əlaqəsi bərpa edilərsə, Azərbaycanın yükləri elə bu ölkədə bəyan ediləcək, qatarlar Ermənistan ərazisində dayanmadan keçəcək və birbaşa Naxçıvana çatacaq. Yəni Ermənistan ekstraterritorial dəhlizlə razılaşıb”.


Qeyd edək ki, Azərbaycan razılaşdırılmış sülh müqaviləsi mətnindən əlavə olaraq, Naxçıvanla quru əlaqəsinin bərpa edilməsi üçün Ermənistan ərazisindən maneəsiz keçid tələb edirdi. (Globalinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO