Nəzarət tədbirləri çərçivəsində ölkəyə idxal olunan bir sıra qida məhsullarından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkarlanıb. Müəyyən olunan konkret faktlar üzrə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunamüvafiq tədbirlər görülür.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, Yeni Zelandiya, Çin, Özbəkistan, Rusiyadan idxal olunan qida məhsullarında aşkarlanan uyğunsuzluqlarla əlaqədar müvafiq sağlamlaşdırıcı tədbirlərin görülməsi üçün sözügedən ölkələrin aidiyyəti qurumlarına xəbərdarlıq məktubları ünvanlanıb və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Uyğunsuzluq aşkarlanan məhsul partiyaları ilə //afsa.gov.az/az/xeberler linkinə daxil olmaqla tanış olmaq mümkündür.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
18:50 / 17.04.2025
Azərbaycandan 4 ölkəyə XƏBƏRDARLIQ EDİLDİ - SƏBƏB
Hazırda oxunan: Azərbaycandan 4 ölkəyə XƏBƏRDARLIQ EDİLDİ - SƏBƏB
Hazırda oxunan: Azərbaycandan 4 ölkəyə XƏBƏRDARLIQ EDİLDİ - SƏBƏB
244712
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.