Sloveniya Baş nazirinin müavini Bakıda Mehdi Hüseynzadənin abidəsini ziyarət etdi - FOTO

Sloveniya Baş nazirinin müavini Bakıda Mehdi Hüseynzadənin abidəsini ziyarət etdi - FOTO

Hazırda oxunan: Sloveniya Baş nazirinin müavini Bakıda Mehdi Hüseynzadənin abidəsini ziyarət etdi - FOTO

244671

Azərbaycanda səfərdə olan Sloveniya Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri Tanya Fayon aprelin 17-də Şəhidlər xiyabanını və Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsini ziyarət edib.

Bizim.Media xəbər verir ki, Tanya Fayo əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra qonaq İkinci Dünya müharibəsi illərində faşizmə qarşı mübarizədə qəhrəmanlıq göstərmiş Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin xatirəsini anaraq, abidəsinin önünə gül dəstəsi qoyub.

Xatırladaq ki, Mehdi Hüseynzadə 1944-cü il noyabrın 2-də Sloveniyada (O vaxt Yuqoslaviyanın tərkibində olub) tapşırıqdan Çepovan yaşayış məntəqəsində yerləşən 9-cu korpusun qərargahına qayıdarkən Vitovlye kəndində həlak olub.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO