Ceyhun Bayramov: “Naxçıvana keçiddə heç bir maneə olmamalıdır” – VİDEO

Ceyhun Bayramov: “Naxçıvana keçiddə heç bir maneə olmamalıdır” – VİDEO

Hazırda oxunan: Ceyhun Bayramov: “Naxçıvana keçiddə heç bir maneə olmamalıdır” – VİDEO

244650

“Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında maneəsiz keçidin bərpası mövzusu da var.

Uzun müddət ərzində bu məsələ ətrafında danışıqlar intensiv gedirdi. Əfsuslar olsun ki, bu məsələ üzrə hələ də əməli nəticə əldə edilməyib. Azərbaycan bu istiqamətdə irəliləyir, Ermənistan hələ də bu razılaşmanın icrasını icra etməyib”.

Bizim.Media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayonla birgə mətbuat konfransında deyib.

“Azərbaycan ümumi kommunikasiyaların açılmasına əlavə olaraq, qərb bölgələri ilə Naxçıvan arasında əlaqənin qurulmasına xüsusi yanaşma tələb edir. Çünki belə hal yoxdur ki, bir ölkə iki hissəyə parçalanmış olsun.

Mən bunun tarixi aspektlərinə toxunmaq istəmirəm. Ermənistan hələ 2020-ci ildə maneəsiz keçid üzrə öhdəlik götürüb və bu yerinə yetirilməlidir. Azərbaycan üçün bu keçid sözün əsl mənasında maneəsiz olmalıdır, heç bir maneə olmamalıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO