Xəbər verdiyimiz kimi, bu gün Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistan xarici işlər nazirlərinin müavinlərinin üçtərəfli görüşü keçiriləcək. Görüşdə regional əməkdaşlıq məsələlərinin müzakirə edilməsi gözlənilir.
Bizim.Media “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, Tbilisidə artıq üçtərəfli görüş başlayıb.
Danışıqlarda Azərbaycanı Elnur Məmmədov, Gürcüstanı Laşa Darsaliya, Ermənistanı isə Vahan Kostanyan təmsil edir.
Tədbiri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili açıb.
Görüşün məqsədi üç ölkə arasında üçtərəfli əməkdaşlıq prosesinin əsasını qoyacaq mümkün sahələrə dair fikir və fikir mübadiləsi aparmaqdır.
"Görüşdə üçtərəfli əməkdaşlıq imkanları müzakirə olunacaq. Üç ölkə üçün potensial maraq doğuran sahələr, eləcə də mümkün əməkdaşlıq istiqamətləri müəyyən ediləcək ki, region ölkələri bir sıra məsələlərə birgə yanaşmalar inkişaf etdirə bilsinlər. Bu, bugünkü müzakirələrin əsas mövzusu olacaq", - Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya jurnalistlərə bildirib.
Bizim.Media