Astanada təşkil olunan II Mərkəzi Asiya Media Forumu çərçivəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Qazaxıstan Respublikasının mədəniyyət və informasiya naziri Aida Balayeva arasında ikitərəfli görüş keçirilib.
Bizim.Media xəbər verir ki, görüşdə iki ölkə arasında informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığın möhkəmləndirilməsinin, qarşılıqlı əlaqələrin dərinləşdirilməsinin, yeni təşəbbüslərin həyata keçirilməsinin önəmi vurğulanıb.
Bununla yanaşı, tərəflər arasında imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələlərə toxunulub, media sahəsində mütəxəssislərin hazırlanması, saxta və etibarsız məlumatların yayılmasına qarşı mübarizə üsullarına dair təcrübə mübadiləsi istiqamətində müzakirələr aparılıb.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
15:23 / 16.04.2025
Əhməd İsmayılov qazaxıstanlı nazirlə GÖRÜŞDÜ – FOTO
Hazırda oxunan: Əhməd İsmayılov qazaxıstanlı nazirlə GÖRÜŞDÜ – FOTO
Hazırda oxunan: Əhməd İsmayılov qazaxıstanlı nazirlə GÖRÜŞDÜ – FOTO
244459
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.