Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinə sədr təyin olunub.
Bizim.Media xəbər verir ki, bununla bağlı nazir Anar Əliyev Əmr imzalayıb.
Əmrə əsasən, Zəka Aqil oğlu Mirzəyev DSMF-nin İdarə Heyətinin sədri vəzifəsinə təyinat alıb.
Zəka Mirzəyev 1978-ci ildə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin beynəlxalq hüquq ixtisası üzrə bakalavr pilləsini, 2002-ci ildə magistr pilləsini fərqlənmə diplomu ilə, 2007-ci ildə aspiranturasını bitirib.
2000-ci ildə özəl sektorda hüquq məsləhətçisi işləyib. 2003-2004-cü illərdə hərbi xidmətdə olub.
2005-ci ildən Maliyyə Nazirliyində baş məsləhətçi, sektor müdiri, müdir müavini, 2018-ci ildən Dövlət Sosial Müdafiə Fondunun idarə rəisi vəzifəsində çalışıb.
2020-ci ildən Fondun İdarə Heyətinin sədr müavini olub.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
11:44 / 16.04.2025
Zəka Mirzəyev DSMF-yə sədr TƏYİN OLUNDU
Hazırda oxunan: Zəka Mirzəyev DSMF-yə sədr TƏYİN OLUNDU
Hazırda oxunan: Zəka Mirzəyev DSMF-yə sədr TƏYİN OLUNDU
244408
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.