Rəsmi Bakıdan fransalı nazirə SƏRT CAVAB

Rəsmi Bakıdan fransalı nazirə SƏRT CAVAB

Hazırda oxunan: Rəsmi Bakıdan fransalı nazirə SƏRT CAVAB

244067

Fransanın Ermənistana öldürücü silahlarla təchizat etməsi, eləcə də sülhə xidmət etməyən uzunmüddətli anti-Azərbaycan mövqeyi nazir Jan Noel Baronun regional gərginliklə bağlı narahatlığı ilə ziddiyyət təşkil edir.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə "X"də yazıb.

O bildirib ki, bu ikili yanaşma Fransanın riyakarlığını ifşa edir.
 

"Sülh müqaviləsinin layihəsi üzərində işin yekunlaşması mühüm inkişaf olsa da, sülh sazişinin imzalanması və davamlı sabitlik əsas məsələlərin, xüsusilə də Ermənistanın konstitusiyasında ərazi iddialarının həll edilməsini və Fransa da daxil olmaqla destabilləşdirici xarici müdaxilələrin dayandırılmasını tələb edir",- deyə XİN sözçüsü vurğulayıb.


A.Hacızadə onu da əlavə edib ki, insanlıq əleyhinə cinayətlərdə ittiham olunan şəxslər üçün məhkəmə proseslərinin qarşısının alınması təkcə daxili işlərə müdaxilə deyil, həm də belə cinayətlərə görə məsuliyyətə xələl gətirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO