Rusiya Avropa İttifaqına hücuma HAZIRLAŞIR? – Markov Kremldə hazırlanan planı AÇIQLADI – ÖZƏL

Rusiya Avropa İttifaqına hücuma HAZIRLAŞIR? – Markov Kremldə hazırlanan planı AÇIQLADI – ÖZƏL

Hazırda oxunan: Rusiya Avropa İttifaqına hücuma HAZIRLAŞIR? – Markov Kremldə hazırlanan planı AÇIQLADI – ÖZƏL

244011

“Rusiya ilə Avropa İttifaqı arasında heç bir müharibə planlaşdırılmır. Üstəlik, bunun Rusiyanın təşəbbüsü ilə baş verməsi ehtimalı olduqca azdır. Avropadakı bəzi siyasətçilər isə deyirlər ki, Rusiya Avropaya qarşı müharibəyə hazırlaşır və 2030-cu ildə bu müharibəni başlatmağa hazırlaşır, amma bu siyasətçilər sadəcə yalan danışırlar. Lakin burada bir neçə real siyasi amil var”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Zelenski: “Rusiya 100 minə yaxın ukraynalı əsgəri və 13 min dinc sakini öldürüb”


Avropalı siyasətçilərin 2030-cu ildə Rusiyanın Aİ-yə müharibə elan edəcəyi xəbərlərini şərh edən Markov, bu açıqlamaların bir neçə prizmadan izahı olduğunu qeyd edib.

Avropanın fobiyası

“Birinci amil odur ki, Şərqi Avropa ölkələrinin Rusiyaya qarşı tarixi qorxusu var. Çünki Rusiya çoxsaylı hallarda keçmişdə, xüsusilə son bir neçə əsr ərzində, öz ordusu ilə Şərqi Avropa bölgəsindəki müxtəlif ölkələrə müdaxilə edib. Buna görə də, ümumiyyətlə, məntiqlə demək olar ki, bir neçə dəfə baş verən bir şey bu dəfə də baş verə bilər. Doğrudur, həqiqət budur ki, Rusiya əksər hallarda bu bölgələrə, Şərqi Avropaya, Avropanın mərkəzi və qərb hissəsi Rusiyaya hücum edəndən sonra gəlib. Amma Avropalılar bunu xatırlamağa üstünlük vermirlər.

Rusiyanın hərəkətləri ilə bağlı dəqiq bir proqnoz vermək mümkün deyil...

“Amma onların üçün ən mühüm hadisə 2014-cü ildə baş verdi. Çünki heç bir qərb siyasətçisi və ya kəşfiyyat xidməti Rusiyanın Krımı ələ keçirmək üçün güc və cəsarət tapacağını gözləmirdi. Bundan əlavə, onlar xüsusi hərbi əməliyyatın başlanmasından bir neçə ay əvvəl bunu gözləyirdilər, amma bir və ya iki il əvvəl isə heç kim gözləmirdi ki, Rusiya Ukraynaya tammiqyaslı hərbi müdaxilə etmək üçün güc və cəsarət tapacaq. Həm də onlar gözləmirdilər ki, Rusiya Ukraynaya müdaxiləni o qədər hazırlıqsız vəziyyətdə həyata keçirəcək, necə ki, bu, 2022-ci ilin fevral-mart aylarında baş verdi. Yəni, bütün bunlar onlar tərəfindən proqnozlaşdırılmamışdı”, - deyə S.Markov qeyd edib.

“Rusiya daha aqressiv davrana bilər”

Markov hesab edir ki, avropalılar Rusiyanı proqnozlaşdırmaqda çətinlik çəkirlər, Rusiya isə onların gözlədiklərindən daha aqressiv davranmaq potensialına malikdir:

“Üçüncü amil odur ki, Rusiya tərəfindən hərbi təhdidlərin şişirdilməsi ilə Avropa İttifaqı rəhbərliyi Şərqi Avropadakı hərbi narahatlıqdan istifadə edərək Aİ-ni indiki yumşaq konfederasiyadan həqiqi yeni bir Avropa imperiyasına çevirmək istəyir. Yəni, onlar qalan digər dövlətlərin suverenliyini əzib, Viktor Orban, Robert Fitso, Marin Le-Pen kimi siyasi qüvvələri sıxışdırmaq və belə bir imperiya yaratmaq istəyirlər. Həmçinin, onlar başa düşürlər ki, Avropada qloballaşma xəttinə qarşı etirazlar artmaqdadır”.

“Rusiya hərbi təhdidi Avropa üçün bəhanədir”

Markovun fikrincə, Aİ liderləri qabaqcadan demokratik institutları məhdudlaşdırmaq və beləliklə, etiraz hərəkatlarını əzmək üçün hazırlıq görürlər:

“Əslində, onlar bunu artıq Rumıniyada etməyə başlayıblar. Praktik olaraq, prezident seçkilərinin qalibi seçkilərdən kənarlaşdırılıb. İndi isə Fransada, Marin Le-Pen kimi ən populyar siyasətçi seçkilərdən kənarlaşdırılıb. Onlar hazırda düşünürlər ki, Almaniya üçün Alternativ Partiyasını qadağan etsinlər, halbuki bu, indi ölkənin ən populyar partiyasıdır. Yəni, burada danışılan məsələ demokratik institutların ləğv edilməsi ilə bağlıdır, amma bunun üçün bəhanə lazımdır.


Rusiya hərbi təhdidi, demokratiyanı məhdudlaşdırmaq üçün mükəmməl bir bəhanədir. Buna görə də, Avropa liderlərinin Rusiya hərbi təhdidini qeyd etməsi baxımından onların həm real, həm də qeyri-real narahatlıqları var. Eyni zamanda birbaşa şişirdilən yalanlar da mövcuddur. Bu səbəbdən, belə böyük bir fenomen yaranır”, - deyə S.Markov əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO