Baş nazir moldovalı həmkarının müavini ilə ikitərəfli əməkdaşlığı MÜZAKİRƏ ETDİ

Baş nazir moldovalı həmkarının müavini ilə ikitərəfli əməkdaşlığı MÜZAKİRƏ ETDİ

Hazırda oxunan: Baş nazir moldovalı həmkarının müavini ilə ikitərəfli əməkdaşlığı MÜZAKİRƏ ETDİ

243433

Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 10-da ölkədə səfərdə olan Moldova Respublikası Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Vladimir Bolea ilə görüşüb.

Nazirlər Kabinetindən Bizim.Media-ya bildirilib ki, görüşdə Azərbaycan-Moldova dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.
 

Bakıda keçiriləcək Azərbaycan Respublikası və Moldova Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasının iki ölkə arasında qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.


Ticarət, investisiyalar, neft-qaz, yaşıl enerji, nəqliyyat, kənd təsərrüfatı, humanitar və bir çox digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Görüşdə Azərbaycanın kənd təsərrüfatı naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Məcnun Məmmədov da iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO