Azərbaycan-İran parlamentlərarası qruplarının rəhbərləri görüşdü - FOTO

Azərbaycan-İran parlamentlərarası qruplarının rəhbərləri görüşdü - FOTO

Hazırda oxunan: Azərbaycan-İran parlamentlərarası qruplarının rəhbərləri görüşdü - FOTO

243298

Milli Məclisin sədr müavini, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan İran İslam Şurası Məclisinin İran-Azərbaycan dostluq qrupunun rəhbəri Sodeyf Bədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Bizim.Media-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə, Ziyafət Əsgərov Azərbaycanla İran arasında iqtisadi və mədəni sahələrdə əlaqələrin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb.

O, ticari və logistika sahəsində əməkdaşlığın genişləndirilməsinin də dövlətlərimizin maraqlarına uyğun olduğunu qeyd edib.
 

Sodeyf Bədri qarşılıqlı səfərlərin yalnız diplomatik deyil, həm də parlamentlərarası əlaqələrin möhkəmlənməsinə müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirib. Eyni zamanda İran-Azərbaycan münasibətlərinin dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında gələcəkdə daha da inkişaf edəcəyinə inandığını vurğulayıb.


Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO