Rusiya bir neçə dəfə diyar və federasiya səviyyəsində onlayn səsvermə üsulundan istifadə edib. Bu günə olan xəbərə görə isə, Moskvada onlayn səsvermədə qeydiyyat publik, xalqa açıq formada ola bilər. Bunu Moskva şəhər seçki komissiyasının rəhəbri Yuri Yermolov açıqlayıb.
Ümumiyyətlə, Azərbaycanda da elektron, onlayn səsvermə üsuluna keçid baş verərsə, insanların buna reaksiyası necə olar?
Əlbəttə ki, səsvermədə qələbəyə ən çox ümid bəsləyənlər namizədliklərini irəli sürmüş partiya liderləridir.
Bizim.Media olaraq mövzu ilə bağlı suallarımızı Ağ Partiyanın sədri Tural Abbaslıya ünvanladıq. Açıqlamasının əvvəlində Azərbaycanda seçki sisteminə etibarın çox aşağı olduğunu deyən partiya sədri əlavə etdi ki, seçki qurumu eyni fəaliyyətlə məşğuldur:
“Məzahir Pənahovun rəhbərlik etdiyi MSK-ya etibarsızlığın hansı səviyyədə olması ilə bağlı əlavə sözə ehtiyac yoxdur. Hələ MSK elektron səsvermə təqdim etsə, insanlar əlbəttə ki, buna güvənməz. Amerikada da elektron səsvermə var, dünya müasirləşir. Amma Azərbaycanda bunun legitimliyi olmaz.
Düzü, klassik anlamda da seçki sisteminə etibar etmirik, ancaq hər halda orada saxtakarlığı üzə çıxartmaq, müşahidə aparmaq, qeydə almaq imkanlarımız olur. Lakin elektron səsvermədə elan edəcəklər ki, budur...
Yəni, bunun əksini sübut eləmək, yaxud da seçkilərdəki şübhəli məqamları ifşa eləmək bizim imkanlarımız xaricində olacaq.
Ona görə düşünürəm ki, Azərbaycan üçün elektron səsvermə sisteminə keçmək hələ tezdir. Buna nə cəmiyyət, nə partiyalar, nə də texniki baxımdan hazır deyilik.
Bu səbəbdən də mənə elə gəlir ki, belə məsələləri müzakirə etməkdənsə, parlamentdə boş qalmış 5 yerə seçkilərin keçirilməsi barədə müzakirə aparmaq daha səmərəli olar. Məncə, 5 dairəyə seçkilər keçirilməlidir və çalışmaq lazımdır ki, ən azı bu 5 dairəyə seçkilər demokratik, şəffaf baş tutsun”.
Anar Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:35 / 11.06.2021
Elektron səsverməyə keçid – Tural Abbaslı niyə “YOX” DEDİ?
Hazırda oxunan: Elektron səsverməyə keçid – Tural Abbaslı niyə “YOX” DEDİ?
Hazırda oxunan: Elektron səsverməyə keçid – Tural Abbaslı niyə “YOX” DEDİ?
24307
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.