ATXƏM sədrindən Ukraynanın Azərbaycandakı səfirinə başsağlığı MƏKTUBU

ATXƏM sədrindən Ukraynanın Azərbaycandakı səfirinə başsağlığı MƏKTUBU

Hazırda oxunan: ATXƏM sədrindən Ukraynanın Azərbaycandakı səfirinə başsağlığı MƏKTUBU

243065

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin (ATXƏM) sədri İlham İsmayılov Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyevə Krivoy Riq şəhərində 14 mülki şəxsin raket hücumunda həyatını itirməsi ilə bağlı başsağlığı verib.

Bizim.Media məktubun tam mətnini təqdim edir:

“Hörmətli səfir Yuriy Veniaminoviç!

Rusiyanın Ukraynaya genişmiqyaslı işğal hücumundan artıq 3 il keçir. Bu münaqişədə 40 mindən çox dinc sakin həlak olub, 380 min əsgər yaralanmış, on minlərlə hərbçi itkin düşmüşdür. Ölənlər arasında 669 uşaq var. Bu sarsıdıcı, dəhşətli bir faktdır.
 

Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin verdiyi məlumata görə Rusiya qüvvələri aprelin 4-də səhər saatlarında Krivoy Roq istiqamətində iki ballistik raket atıblar. Raket yaşayış massivinə düşüb, 14 mülki şəxs həlak olub, onlardan 6-sı uşaqdır. 50-dən çox insan isə xəsarət alıb. Rəqəmlərin dəyişəcəyi istisna edilmir. Bu, son günlər Krivoy Roqa ikinci raket hücumudur.


Biz həmişə Rusiya Silahlı Qüvvələrinin Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsinin, aqressiv hücumlarının əleyhinə olmuşuq.

Azərbaycanla Ukrayna arasında həmişə strateji əməkdaşlıq, möhkəm və ənənəvi dostluq münasibətləri mövcud olmuşdur. Biz Ukrayna xalqının müstəqil demokratik dövlət kimi möhkəmlənməsini və inkişafını arzulayırıq.

Mən bir təşkilat rəhbəri kimi, müharibə başladığı ilk günlərdən Rusiya tərəfindən ədalətsiz bir müharibə olduğunu dəfələrlə bildirmişəm və bu barədə mətbuat səhifələrində çıxışlarım olmuşdur.

Biz müstəqil, demokratik, güclü Ukraynanı və bu amac uğrunda mübarizə aparan Ukrayna xalqını hər zaman dəstəkləyirik və bu müharibənin tezliklə dayandırılacağına ümid edirik.

Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO