Fərid Şəfiyev: “Azərbaycanda minatəmizləmə fəaliyyətinə göstərilən xarici yardım çox aşağıdır”

Fərid Şəfiyev: “Azərbaycanda minatəmizləmə fəaliyyətinə göstərilən xarici yardım çox aşağıdır”

Hazırda oxunan: Fərid Şəfiyev: “Azərbaycanda minatəmizləmə fəaliyyətinə göstərilən xarici yardım çox aşağıdır”

242508

Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə göstərilən xarici yardım donor icmasının başqa yerlərdə oxşar məsələlərə verdiyi töhfələrin səviyyəsi ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır.

Bizim.Media xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev BMT-nin mənzil qərargahında Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi və BMTM-in birgə təşkilatçılığı ilə “Azərbaycanda Humanitar Mina Təmizləmə Fəaliyyəti vasitəsilə həyatların xilas edilməsi” adlı brifinqdə danışıb.

O qeyd edib ki, 2020-ci ildən genişmiqyaslı humanitar minatəmizləmə işlərinin başlanğıcından bəri xarici yardım Azərbaycanda humanitar minatəmizləməyə ayrılan resursların yalnız 6 faizini təşkil edib:

“Bu, həm Azərbaycanın üzləşdiyi minatəmizləmə problemlərinin ciddiliyi baxımından, həm də beynəlxalq donor icmasının adətən başqa yerlərdə oxşar məsələlərə verdiyi töhfələrin səviyyəsi ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO