Rəsmi Bakı işğal dövründə basdırılmış minalarla bağlı İrəvana ÇAĞIRIŞ ETDİ

Rəsmi Bakı işğal dövründə basdırılmış minalarla bağlı İrəvana ÇAĞIRIŞ ETDİ

Hazırda oxunan: Rəsmi Bakı işğal dövründə basdırılmış minalarla bağlı İrəvana ÇAĞIRIŞ ETDİ

242470

Azərbaycan Ermənistan tərəfini beynəlxalq insan hüquqları və humanitar hüquq öhdəliklərini yerinə yetirməyə və Azərbaycan ərazisində işğal dövründə kütləvi şəkildə basdırılmış minalar haqqında dəqiq məlumatları paylaşmağa çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi “X” hesabında məlumat yayıb.

“Azərbaycan əsl həmsponsor kimi BMT İnsan Hüquqları Şurasının 58-ci sessiyasında “Piyada əleyhinə minaların bütün insan hüquqlarının tam istifadəsinə təsiri” adlı qətnamənin qəbul edilməsini alqışlayır.

Bu gün, Beynəlxalq Mina Maarifləndirilməsi və Minalardan Təmizləmədə Yardım Günündə qəbul edilən qətnamə qlobal miqyasda milyonlarla mina qurbanının təsirə məruz qalmış insan hüquqlarının tanınması və bərpası vasitəsilə qlobal minalarla mübarizənin tarixən yeni səviyyəyə qaldırılmasına yol açır.
 

Ərazilərinin 3 onilliklər ərzində Ermənistan tərəfindən işğalı nəticəsində minaların və digər ETQ-lərin kütləvi şəkildə çirklənməsindən zərər çəkmiş ölkə kimi, Azərbaycan mina qurbanlarının hüquqları ilə bağlı “beynəlxalq insan hüquqları və humanitar qanunlardan irəli gələn öhdəliklərə riayət edilməsini” təmin etmək üçün milli və beynəlxalq səviyyədə səylərini davam etdirəcək.


Biz, həmçinin, qətnamədəki dövlətlərə “piyada əleyhinə minaların bütün insan hüquqlarının müdafiəsi və təşviqinə təsirini aradan qaldırmaq üçün, o cümlədən, minalardan təmizləmə işlərini sürətləndirmək yolu ilə səmərəli əməkdaşlıq etmək” çağırışının əhəmiyyətini vurğulayırıq.

Bu çağırışın, eləcə də humanitar hüquq çərçivəsində öhdəliklərin yerinə yetirilməsi dövlətdən, xüsusən də münaqişədən sonrakı şəraitdə mülki əhalinin mühafizəsi üçün mühüm əhəmiyyət kəsb edən minalanmış ərazilərin xəritələşdirilməsinə kömək etmək üçün dəqiq məlumat paylaşmasını tələb edir.

Bununla əlaqədar biz bir daha Ermənistan tərəfini beynəlxalq insan hüquqları və humanitar hüquq üzrə öhdəliklərinə hörmətlə yanaşmağa və işğal zamanı Azərbaycan ərazisinə kütləvi şəkildə yerləşdirilmiş minalarla bağlı dəqiq məlumatı paylaşmağa çağırırıq”, -məlumatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO