Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Elm və Təhsil Nazirliyinin tabeliyində yeni publik hüquqi şəxslər yaradılacaq. Bu məqsədlə bəzi elmi-tədqiqat institutları birləşdirilib.
Bizim.Media xəbər verir ki, sərəncama əsasən Geologiya və Geofizika İnstitutunun və Neft və Qaz İnstitutunun əsasında Geologiya İnstitutu ilə birləşdirilib.
Qeyd edək ki, Geologiya və Geofizika İnstitutunun baş direktoru Akif Əlizadə idi.
Xatırladaq ki, Akif Əlizadə 2013-2019-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasına rəhbərlik edib. Onun hazırda 91 yaşı var.
Surxay Atakişiyev, Bizim.Media