“İndi Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Cənubi Qafqaz Boru Kəməri, TANAP, TAP həmin bu dəhlizin 3 ayrılmaz hissəsidir”.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında bildirib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev Cənub Qaz Dəhlizi ilə bağlı iclasda İŞTİRAK EDİR
“Onlar tam iş gücündə işləyir və biz onları genişləndirməliyik”, - deyən dövlət başçısı əlavə edib ki, əlbəttə, bunun üçün bizə maliyyələşmə lazımdır.
“Burada biz vacib bir nöqtəyə gəlib çıxırıq. Biz dəfələrlə bunu qeyd etdik ki, beynəlxalq maliyyə təsisatları, o təsisatlar ki, məhz faydalı qazıntılar üçün layihələrin maliyyələrinin dayandırılması qərarına gəlmişdilər, bəlkə də bu siyasəti dayandırsınlar”, - deyə Prezident vurğulayıb.
Bizim.Media