Sadır Japarov İlham Əliyevi TƏBRİK ETDİ

Sadır Japarov İlham Əliyevi TƏBRİK ETDİ

Hazırda oxunan: Sadır Japarov İlham Əliyevi TƏBRİK ETDİ

242277

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, təbrik məktubunda deyilir:

“Zati-aliləri.

Qırğız Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizi və Azərbaycan Respublikasının xalqını müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Qoy Ulu Tanrı müqəddəs ayda gördüyümüz bütün xeyirxah işlərimizi qəbul etsin və bu mübarək bayram əmin-amanlığımızı, xoşbəxtliyimizi artırsın. Bəşəriyyəti şəfqət və mərhəmətə aparan, yüksək dəyərləri əks etdirən bu bayram hər bir evə səadət və hüzur gətirsin, qardaş xalqlarımıza isə sülh və firavanlıq bəxş etsin.

Zati-aliləri, bir daha Sizə möhkəm cansağlığı və uğurlar, Azərbaycan xalqına isə davamlı tərəqqi və əmin-amanlıq arzulayıram”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO