Ərdoğandan YENİ QƏRAR: Türk dövlətlərinin ortaq bayramı olacaq

Ərdoğandan YENİ QƏRAR: Türk dövlətlərinin ortaq bayramı olacaq

Hazırda oxunan: Ərdoğandan YENİ QƏRAR: Türk dövlətlərinin ortaq bayramı olacaq

242138

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Novruzla bağlı son bəyanatından sonra bu bayramın ölkədə rəsmi bayram elan edilməsi prosesinə start verilib.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, qərarın icrası hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Kürşad Zorluya həvalə edilib.
 

Azərbaycan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Qazaxıstan və Özbəkistanda rəsmi bayram sayılan Novruzun Türkiyədə də işlər tamamlandıqdan sonra bütün türk dünyası üçün ortaq bayrama çevrilməsi hədəflənir.


Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan martın 21-də çıxışı zamanı bu tarixin Türkiyədə də rəsmi olaraq Novruz bayramı elan ediləcəyini bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO