OPEC-in Baş katibi Prezident İlham Əliyevə məktub ÜNVANLADI

OPEC-in Baş katibi Prezident İlham Əliyevə məktub ÜNVANLADI

Hazırda oxunan: OPEC-in Baş katibi Prezident İlham Əliyevə məktub ÜNVANLADI

242101

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Müqəddəs Ramazan bayramı münasibətilə Sizə və ailənizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Mənəvi yüksəliş rəmzi olan, sevinc, şükür, səxavət hissi ilə qeyd olunan Ramazan bayramı ailələr, dostlar və daha geniş icmalar arasında əlaqələrin gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Uca Allahdan Sizə və yaxınlarınıza cansağlığı, xoşbəxtlik, firavanlıq və əmin-amanlıq arzulayıram.
 

OPEC Katibliyinin bütün kollektivi adından Sizi Ramazan bayramı münasibətilə bir daha təbrik edirəm.


Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO