Emoməli Rəhmondan İlham Əliyevə: “Dostluq münasibətlərimiz bundan sonra da inkişaf edəcək”

Emoməli Rəhmondan İlham Əliyevə: “Dostluq münasibətlərimiz bundan sonra da inkişaf edəcək”

Hazırda oxunan: Emoməli Rəhmondan İlham Əliyevə: “Dostluq münasibətlərimiz bundan sonra da inkişaf edəcək”

242056

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik edib.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Mübarək Ramazan bayramı münasibətilə Sizə və bütün dost Azərbaycan xalqına səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan şərəf duyuram.

Tarix boyu bu müqəddəs bayramın adət-ənənələri və yüksək mənəvi idealları xalqlarımıza saflıq, paklıq, mərhəmət, tolerantlıq, xeyirxahlıq, qarşılıqlı dəstək, nəciblik və xoşməramlılıq kimi dəyərləri təbliğ edib.

Əminəm ki, ölkələrimiz arasında dostluq münasibətləri və çoxşaxəli əməkdaşlıq bu mübarək bayramın yüksək dəyərləri sayəsində xalqlarımızın köklü mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Uca Yaradandan Sizə möhkəm cansağlığı, xoşbəxtlik, yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi, firavanlıq, əmin-amanlıq diləyirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO