ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun baş məsləhətçisi Erik Ceykobs Bakıya gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin “X” hesabında paylaşım edilib.
Bildirilib ki, Erik Ceykobs səfəri zamanı hökumət rəsmiləri, enerji sektorundakı liderlər və sahə mütəxəssisləri ilə görüşəcək, enerji təhlükəsizliyinin əhəmiyyətini müzakirə edəcək, ABŞ-ın enerji liderliyini vurğulayacaq və hər iki ölkə üçün enerji bolluğu və daha böyük rifahı ortaya çıxarmaq üçün imkanları araşdıracaq.
Erik Ceykobs, eyni zamanda, cümə günü Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci Nazirlər Toplantısında açılış nitqi ilə çıxış edəcək.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
15:07 / 02.04.2025
ABŞ Dövlət Departamentinin nümayəndəsi Bakıya GƏLDİ - FOTO
Hazırda oxunan: ABŞ Dövlət Departamentinin nümayəndəsi Bakıya GƏLDİ - FOTO
Hazırda oxunan: ABŞ Dövlət Departamentinin nümayəndəsi Bakıya GƏLDİ - FOTO
242052
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.