Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bizim.Media xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Dəyərli qardaşım.
Bütün müsəlman ümmətinin böyük sevinc və fərəhlə qeyd etdiyi müqəddəs Ramazan bayramı münasibətilə Sizə və qardaş Azərbaycan xalqına səmimi-qəlbdən təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Qardaş Özbəkistan və Azərbaycan xalqları əsrlər boyu səxavət və mərhəmət rəmzi kimi dəyərləndirdikləri bu möhtəşəm bayramı səbirsizliklə gözləyir və böyük sevinc hissi ilə qeyd edirlər.
Sizinlə birgə apardığımız sistemli işlər və nümayiş etdirdiyimiz qəti siyasi iradə nəticəsində dost ölkələrimiz arasında çoxşaxəli və uzunmüddətli əməkdaşlığı strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə qaldırmağımızın xalqlarımızın ən böyük nailiyyətlərindən biri olduğunu xüsusi qeyd etmək istəyirəm.
Allahın rəhmət və məğfırətinin bol olduğu, qəlblərimizin ilahi nurla dolduğu bu xoşbəxt və mübarək günlərdə Sizə möhkəm cansağlığı, ailə səadəti və məsuliyyətli dövlətçilik fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq, davamlı inkişaf və rifah arzulayıram".
Bizim.Media

- A-
- A
- A+
Siyasət
13:14 / 02.04.2025
Şavkat Mirziyoyev İlham Əliyevi TƏBRİK ETDİ
Hazırda oxunan: Şavkat Mirziyoyev İlham Əliyevi TƏBRİK ETDİ
Hazırda oxunan: Şavkat Mirziyoyev İlham Əliyevi TƏBRİK ETDİ
242038
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.