Prezidentin ünvanına təbriklər gəlməkdə DAVAM EDİR - YENİLƏNİB

Prezidentin ünvanına təbriklər gəlməkdə DAVAM EDİR - YENİLƏNİB

Hazırda oxunan: Prezidentin ünvanına təbriklər gəlməkdə DAVAM EDİR - YENİLƏNİB

241945

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

“Çox hörmətli İlham Heydər oğlu.

Dünyanın ən əziz və sevilən bayramlarından biri olan nurlu Novruz bayramı münasibətilə səmimi təbriklərimi və Sizə olan dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
 

Novruz bəşəriyyətin zəngin mədəni irsinin ayrılmaz bir hissəsidir və özündə qarşılıqlı hörmət, sülhsevərlik və mehriban qonşuluq ənənələrini ehtiva edir, xalqlar arasında birliyin və dostluğun möhkəmləndirilməsində mühüm rol oynayır.


Bu bayram münasibətilə Sizə, doğmalarınıza və yaxınlarınıza, həmçinin bütün Azərbaycan xalqına möhkəm cansağlığı, xoşbəxtlik və xeyirxahlıq arzulayıram”.

*** 22:16

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Novruz bayramı münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. Qədim dövrlərdən bəri dünyanın müxtəlif yerlərində yaşayan milyonlarla insan üçün bu bayram baharın gəlişini, təbiətin oyanmasını, həyatın yenidən başlanmasını, yaradıcılıq gücünü simvolizə və ifadə edir.

Qonaqpərvərlik və mehriban qonşuluq kimi ən gözəl xalq ənənələrini ehtiva edən Novruz bayramı cəmiyyətdə dostluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsində xüsusi əhəmiyyət kəsb edir. Bu dəyərləri qoruyub saxlamaq və nəsildən-nəslə ötürmək çox vacibdir. Onlar əbədi mərhəmət, xeyirxahlıq və yaxınlara qayğı göstərmək ideallarına əsaslanır və bu gün də ümumbəşəri əhəmiyyətə malikdir.
 

Qoy yeni bahar Sizin və ölkənizin bütün qardaş xalqı üçün sevinc və xoş dəyişikliklərlə yadda qalsın!


Sizə bahar əhvali-ruhiyyəsi və cansağlığı diləyirəm”.

*** 21:49

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Sizi və qardaş Azərbaycan xalqını İslam ümmətinin böyük bayramı – Ramazan münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Qoy bəşəriyyətin mənəvi saflaşmasının və hərtərəfli təkmilləşməsinin başlanğıcı olan bu müqəddəs bayramda xalqlarımızın birliyi möhkəmlənsin, xoşbəxtliyi artsın.
 

Hörmətli İlham Heydər oğlu, bütün müsəlmanların səbirsizliklə gözlədiyi və böyük sevinclə qeyd etdiyi bu müqəddəs bayram münasibətilə Sizə xoşbəxtlik və məsuliyyətli işinizdə böyük uğurlar, Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq arzu edirəm.


Allah niyyətlərimizi, xeyirxah əməllərimizi qəbul etsin, hamımız bir Ramazandan o biri Ramazana, bir ildən digərinə uğurla keçək.

Ramazan bayramınız mübarək!”

*** 21:28

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri, hörmətli cənab Prezident.

Novruz bayramı münasibətilə Sizə və Azərbaycan xalqına Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.
 

Canlanmanı, ümidi və birliyi təcəssüm etdirən bu qədim bayram ailələri və icmaları sülh və firavanlıq ruhunda bir araya gətirərək dərin əhəmiyyət kəsb edir. Bu bayram münasibətilə şəxsən Sizə və Azərbaycan xalqına xoşbəxtlik, cansağlığı və davamlı uğurlar arzulayıram.


Mən əməkdaşlığımızın davamlı olmasını diləyir, xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsini səbirsizliklə gözləyirəm. Bu arzularla bayramınızı bir daha təbrik edirəm”.

*** 20:48

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik ünvanlayıb.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Sizi möhtəşəm bahar bayramı olan Novruz münasibətilə təbrik edirəm. Qoy bu bayram xalqlarımızın dostluğunu, birliyini daha da möhkəmləndirsin, hər bir ailəyə sevinc və bolluq gətirsin.

Ortaq dəyərlərimizə və adət-ənənələrimizə əsaslanan Novruzun ölkələrimizə əmin-amanlıq, firavanlıq bəxş etməsini arzulayıram.

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar bayram münasibətilə Sizə möhkəm cansağlığı, ailənizə firavanlıq, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və sabitlik diləyirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO