“Ağdamda gördüklərimiz vəhşilikdir” - Latviyalı deputat

“Ağdamda gördüklərimiz vəhşilikdir” - Latviyalı deputat

Hazırda oxunan: “Ağdamda gördüklərimiz vəhşilikdir” - Latviyalı deputat

24193

Ağdamda gördüklərimiz vəhşilikdir. Keçmiş ekologiya naziri kimi deyə bilərəm ki, bu vəhşilik həm də təbiətə qarşıdır. 

Bizim.Media xəbər verir ki, bu barədə Ağdamda səfərdə olan Latviya parlamentinin deputatı, Latviya Respublikası Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın inkişafı üzrə qrupunun rəhbəri Roman Naudinış deyib. 

O bildirib ki, Ağdamda meşələr kəsilib, evlər dağıdılıb, elektrik, su təchizatı məhv edilib. Bütün bunlar fəlakətdir. 

“Bu rəzilliyi görərək yalnız onu deyə bilərəm ki, onlar müdafiə istehkamlarına və qurğularına sərf etdikləri vəsaiti yaxşı olardı ki, öz xalqının təhsilinə, qonşu Azərbaycan, Türkiyə, Gürcüstanla sülh içində yaşamağına sərf edəydilər”, - deyə latviyalı deputat erməni siyasi rejiminin törətdiyi rəzilliyi təsvir etməyə söz tapmadığını qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO