Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X”də paylaşım edib.
"İran İslam Respublikası Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi ilə Bakıda görüşdük. Görüş zamanı iki ölkənin dövlət başçılarının qoyduqları tapşırıqlara uyğun olaraq Azərbaycan və İran arasında ikitərəfli siyasi münasibətlərə dair geniş fikir mübadiləsi apardıq.
Həmçinin, 2025-ci ilin fevral ayında İrana səfəri zamanı aparılmış danışıqların davamı olaraq qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər müzakirə edildi", - paylaşımda qeyd edilib.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
15:35 / 01.04.2025
Hikmət Hacıyev İran Prezidentinin müşaviri ilə görüşdü – FOTO
Hazırda oxunan: Hikmət Hacıyev İran Prezidentinin müşaviri ilə görüşdü – FOTO
Hazırda oxunan: Hikmət Hacıyev İran Prezidentinin müşaviri ilə görüşdü – FOTO
241892
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.