Pezeşkian Azərbaycana GƏLİR

Pezeşkian Azərbaycana GƏLİR

Hazırda oxunan: Pezeşkian Azərbaycana GƏLİR

241806

Xəbər verdiyimiz kimi, martın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

Məsud Pezeşkian müqəddəs Ramazan bayramı münasibətilə dövlətimizin başçısını və Azərbaycan xalqını təbrik edib, ən xoş arzularını çatdırıb.

Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirərək, öz növbəsində İran Prezidentini və xalqını bayram münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, telefon danışığı ilə əlaqədar İran tərəfi də məlumat yayıb.

Açıqlamada bildirilir ki, telefon danışığı zamanı Pezeşkian Azərbaycan Respublikasına qarşıdakı səfəri barədə də danışıb.

“Ümid edirəm ki, bu səfər zamanı iki qonşu xalq arasında münasibətlərin, eləcə də dostluq və qardaşlığın inkişafı və möhkəmləndirilməsinə yönəlmiş səmərəli və uğurlu məsləhətləşmələr apara bilərik”, - Pezeşkian qeyd edib.

Səfərin dəqiq nə vaxt baş tutacağı açıqlanmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO