Qobuda hərbi sursat aşkarlandı - VİDEO

Qobuda hərbi sursat aşkarlandı - VİDEO

Hazırda oxunan: Qobuda hərbi sursat aşkarlandı - VİDEO

241704

Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində hərbi sursat aşkar edilib.

 

Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən məlumata görə, hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib.

 

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 5 ədəd F-1 əl qumbarası, 5 ədəd UZRQM partladıcısı və 25 ədəd 7x62 mm-lik mərmi olduğu müəyyən edilib. Sursatlar zərərsizləşdirilərək ərazidən kənarlaşdırılıb.

 

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO