Siyasi partiyalara XƏBƏRDARLIQ: Aprelin 1-dək...

Siyasi partiyalara XƏBƏRDARLIQ: Aprelin 1-dək...

Hazırda oxunan: Siyasi partiyalara XƏBƏRDARLIQ: Aprelin 1-dək...

241594

Martın 31-i siyasi partiyaların 2024-cü il üzrə illik maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etmələri üçün ayrılan müddət başa çatır.

Bizim.Media xəbər verir ki, siyasi partiyalar hər il aprelin 1-dən gec olmayaraq illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə MSK-ya təqdim etməlidir.

MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Məlumat üçün bildirək ki, MSK sədri Məzahir Pənahov qurumun martın 18-də keçirilən iclasında məsələni xatırladaraq lazımi addımların atılmalı olduğunu bildirib.

Qeyd edək ki, Azərbaycanda dövlət tərəfindən qeydiyyata alınan 26 partiya mövcuddur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO