Məhəmməd bin Salmandan İlham Əliyevə: “Sizə olan ehtiramımı qəbul edin”

Məhəmməd bin Salmandan İlham Əliyevə: “Sizə olan ehtiramımı qəbul edin”

Hazırda oxunan: Məhəmməd bin Salmandan İlham Əliyevə: “Sizə olan ehtiramımı qəbul edin”

241547

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Müqəddəs Ramazan bayramı münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluğumu bildirirəm. Sizə cansağlığı və səadət diləyirəm.

Uca Allahdan bu mübarək bayramın hamınıza xeyir və bərəkət gətirməsini arzu edirəm. Həqiqətən O, duaları eşidən və qəbul edəndir.

Zati-aliləri, Sizə olan hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO