Azərbaycanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Tofiq Musayevin qurumun Baş katibinə ünvanlanmış məktubu Baş Assambleya və Təhlükəsizlik Şurasının sənədi kimi yayımlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyi məlumat yayıb.
Müraciət məktubunda vurğulanıb ki, regionda davamlı sülh və sabitlik Ermənistanın beynəlxalq öhdəliklərini icra etməsini tələb edir:
"Regionda davamlı sülh və sabitlik Ermənistanın beynəlxalq öhdəliklərinə ciddi şəkildə əməl etməsini, ərazi iddialarından tam və qeyd-şərtsiz imtina etməsini, təcavüz və işğalı nəticəsində Azərbaycana vurduğu ziyanı aradan qaldırmasın, həmçinin dezinformasiya və yanlış məlumatlardan, eləcə də dövlətlərarası münasibətlərin normallaşması perspektivlərinə mane olan hər hansı digər hərəkətlərdən çəkinməsini tələb edir".
Bizim.Media

- A-
- A
- A+
Siyasət
18:00 / 26.03.2025
Azərbaycanın daimi nümayəndəsinin BMT Baş katibinə məktubu qurumun sənədi kimi yayımlandı
Hazırda oxunan: Azərbaycanın daimi nümayəndəsinin BMT Baş katibinə məktubu qurumun sənədi kimi yayımlandı
Hazırda oxunan: Azərbaycanın daimi nümayəndəsinin BMT Baş katibinə məktubu qurumun sənədi kimi yayımlandı
241086
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.