Türkmənistan Prezidenti Azərbaycan stendi ilə tanış oldu – FOTO

Türkmənistan Prezidenti Azərbaycan stendi ilə tanış oldu – FOTO

Hazırda oxunan: Türkmənistan Prezidenti Azərbaycan stendi ilə tanış oldu – FOTO

240512

Türkmənistanın Berzengi sanatoriyasında ağacəkmə kampaniyası çərçivəsində ənənəvi "Dünya mətbəxi" müsabiqəsi keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı report.az-a Azərbaycanın Türkmənistandakı səfirliyi verib.
 

Məlumata əsasən, Azərbaycan pavilyonunda milli mətbəx nümunələri, qədim adət-ənənələr, dekorativ-tətbiqi sənət nümunələri və Novruzun əsas atributları sərgilənib.


Tədbir iştirakçıları Azərbaycan mədəniyyətinə böyük maraq göstərib, qonaqlara milli mətbəx nümunələri təqdim olunub.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ölkə rəsmiləri ilə birgə Azərbaycan stendi ilə tanış olub.

Azərbaycan səfirliyinə tədbirdə xüsusi iştiraka görə sertifikat təqdim olunub.

Azərbaycan səfirliyinin nümayəndələri Novruz bayramının ortaq dəyərlərindən bəhs edib, bu bayramın sülh, dostluq və birliyi simvolizə etdiyini vurğulayıblar.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO