Vüqar İskəndərov: “İşğaldan azad olunan müqəddəs torpaqlarımızda da bayram tonqalı qalanır”

Vüqar İskəndərov: “İşğaldan azad olunan müqəddəs torpaqlarımızda da bayram tonqalı qalanır”

Hazırda oxunan: Vüqar İskəndərov: “İşğaldan azad olunan müqəddəs torpaqlarımızda da bayram tonqalı qalanır”

240152

“Novruz bayramı xalqımızın ən sevimli bayramlarındandır. Hər il bu bayram xüsusi şəkildə qeyd olunur. Ulu Öndər Heydər Əliyev vaxtilə Novruz bayramını səciyyələndirərkən belə bir ifadə işlətmişdi. “Bu bayram bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayramda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir”. Ona görə də Novruz bayramını hər il böyük el bayramı kimi, hər bir insanın şəxsi bayramı kimi keçiririk”.

Bunu Bizim.Media-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.
 

“Novruz bayramının həmçinin beynəlxalq müstəvidə də tanıdılması istiqamətində daim iş aparılır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənətinin güzgüsüdür, habelə milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür. 


Son illər isə biz Novruzu tam başqa cür keçiririk. 

Çünki tonqallarımızın işğaldan azad olunan müqəddəs torpaqlarımızda qalanır. Şuşada Cıdır düzündə tonqalımızn ətranda həmvətənlərimiz toplanır və bayram qeyd edir. Bu baxımdan indi Novruz bizdə tam başqa ab-hava yaradıb. Ali Baş komadanımız demək olar hər il bayram ərəfəsində Qarabağa səfər edir və həmvətənlərimizi təbrik edir. Biz də arzu edirik ki, xalqımız daim belə bayramları yüksək səviyyədə, xoş əhval-ruhiyyə ilə qeyd etsin. Çünki biz artıq müzəffər bir xalqıq və buna layiqik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO