“İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər tam qələbə heç kim tərəfindən qazanılmayıb” - Prezident - VİDEO

“İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər tam qələbə heç kim tərəfindən qazanılmayıb” - Prezident - VİDEO

Hazırda oxunan: “İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər tam qələbə heç kim tərəfindən qazanılmayıb” - Prezident - VİDEO

240006

“İndi dünyada müharibələr, qanlı toqquşmalar kifayət qədər geniş vüsət alır. İndi internet dövründə, informasiya azadlığı dövründə hər kəs hər şeyi bilir, görür və izləyə bilir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ağdərənin Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxışı zamanı söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident və xanımı Suqovuşana getdi - FOTO


Dövlətimizin başçısı qeyd edib:

“Görürük ki, heç də hər bir ölkə öz maraqlarını, ədalətli maraqlarını özü təmin edə bilmir, ya da öz ərazi bütövlüyü uğrunda mübarizə aparır, amma nəticəyə çata bilmir, ya da ki, hər hansı bir kiçikhəcmli hərbi uğura nail olur, amma tam qələbə əldə edə bilmir.

Yəni, sadəcə olaraq, bu gün dünyada gedən toqquşmalara, münaqişələrə, müharibələrə nəzər salsaq, son tarixin müharibələrinə nəzər salsaq, hətta deyə bilərəm ki, İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb”.
 


Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO