“Ermənistan Qərbi Azərbaycana qayıdışla bağlı tələbimizə cavab verməyib” – Əziz Ələkbərli

“Ermənistan Qərbi Azərbaycana qayıdışla bağlı tələbimizə cavab verməyib” – Əziz Ələkbərli

Hazırda oxunan: “Ermənistan Qərbi Azərbaycana qayıdışla bağlı tələbimizə cavab verməyib” – Əziz Ələkbərli

239779

"Qərbi Azərbaycan İcması Qərbi Azərbaycana qayıdışla bağlı fəaliyyətini davam etdirir. Məqsədimiz ali məktəblərin auditoriyalarına bu ideyanı daşımaqdır".

Bizim.Media xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli ADA Universitetində keçirilən "Qərbi Azərbaycan mövzusu 100 ildə" adlı tədbirdə jurnalistlərə açıqlamasında deyib. 

O qeyd edib ki, əsas məqsəd doğma yurd-yuvamıza qayıdışı gənclər arasında təbliğ etməkdir.
 

"Çünki bu ideyanın gələcəkdə həyata keçməsi mövzunun bugünkü nəsil gənclərdə hansı dərəcədə aşılanmasından asılıdır. Gənclər bu ideyanı gələcəyə daşımalıdır. İcmamımız yarandığı andan etibarən ata-baba torpaqlarımıza dinc yolla dönüşlə bağlı mübarizə aparır. Bununla əlaqədar olaraq dəfələrlə Ermənistan rəhbərliyinə və beynəlxalq təşkilatlara müraciət etmişik. Tələbimiz ondan ibarətdir ki, öz doğma yurd-yuvamıza qayıdışımız təmin olunsun. Hər insanın öz torpaqlarına gedib-gəlmək, yaşamaq hüququ var", - o deyib.


Onun sözlərinə görə, indiyədək Ermənistan hökuməti Qərbi Azərbaycana qayıdışla bağlı tələbimizə cavab verməyib.

"Bir sıra beynəlxalq təşkilatlar cavab versə də real hərəkət, təminat yoxdur. Qərbi Azərbaycana qayıdış bütöv Azərbaycanın ideyasıdır. Bu, qəti şəkildə reallaşdırılmalıdır. İnsanlarımız sonuncu nəfərinə qədər torpaqlarımıza qayıdacaqlar", - deyə Ə.Ələkbərli fikrini yekunlaşdırıb. 

Ayşən Rəhim, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO