Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XII Qlobal Bakı Forumu uğurla başa çatıb. Qlobal Bakı Forumu özünü əsas qlobal problemlərin müzakirəsi üçün əhəmiyyətli beynəlxalq platforma kimi təsdiq edib.
Bizim.Media xəbər verir ki, bunları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”dəki səhifəsində yazıb.
“Bu münasibətlə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradova, o cümlədən bütün komandanı və könüllüləri ürəkdən təbrik edirəm. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Mərkəz onun humanizm fəlsəfəsini təcəssüm etdirir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə gələcək fəaliyyətlərində uğurlar arzulayıram”, - H.Hacıyev qeyd edib.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
21:18 / 16.03.2025
Hikmət Hacıyev: “XII Qlobal Bakı Forumu özünü beynəlxalq platforma kimi təsdiqləyib”
Hazırda oxunan: Hikmət Hacıyev: “XII Qlobal Bakı Forumu özünü beynəlxalq platforma kimi təsdiqləyib”
Hazırda oxunan: Hikmət Hacıyev: “XII Qlobal Bakı Forumu özünü beynəlxalq platforma kimi təsdiqləyib”
239639
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.