Rəsmi Bakıdan Qırğızıstan və Tacikistan arasında sərhəd sazişinə REAKSİYA

Rəsmi Bakıdan Qırğızıstan və Tacikistan arasında sərhəd sazişinə REAKSİYA

Hazırda oxunan: Rəsmi Bakıdan Qırğızıstan və Tacikistan arasında sərhəd sazişinə REAKSİYA

239464

Azərbaycan Qırğızıstan Respublikası ilə Tacikistan Respublikası arasında sərhədlərin delimitasiyası və demarkasiyası barədə imzalanan sazişi alqışlayır.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində bildirilib.

Qeyd edilib ki, bu tarixi saziş iki xalq arasında dostluq əlaqələrini möhkəmləndirməklə yanaşı, Mərkəzi Asiyanın sabitliyi və çiçəklənməsini daha da gücləndirəcək mühüm addımdır: "Bu mühüm nailiyyət münasibətilə hər iki qardaş ölkəni ürəkdən təbrik edirik”.

Xatırladaq ki, martın 13-də Qırğızıstan Prezidenti Sadır Caparov və Tacikistan Prezidenti Emomali Rəhmon Bişkekdə iki ölkə arasında sərhədlə bağlı razılaşmanı imzalayıb. Hələ ötən ay Qırğızıstan və Tacikistan sərhədlə bağlı tarixi razılaşmaya nail olublar. Bişkekdə Qırğızıstan-Tacikistan sərhədinin delimitasiyası haqqında sənəd imzalanıb. Sənədi iki ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət komitələrinin rəhbərləri Kamçıbek Taşiyev və Saymumin Yatimov imzalayıblar.

Qırğızıstan Respublikası ilə Tacikistan Respublikası arasında sərhədin uzunluğu 970 km-dən çoxdur. Bundan əvvəl Bişkek və Düşənbə mübahisəli sahələri razılaşdırmışdılar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO