Ceyhun Bayramov Şarl Mişellə görüşdü – FOTO

Ceyhun Bayramov Şarl Mişellə görüşdü – FOTO

Hazırda oxunan: Ceyhun Bayramov Şarl Mişellə görüşdü – FOTO

239356

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüş zamanı tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.
 

Eyni zamanda, post-münaqişə dövründə regional dinamika, sülh sazişi ilə bağlı son inkişaflar və bu proses qarşısında duran çağırışlar diqqət mərkəzində olub.


Görüşdə Şarl Mişelin Avropa İttifaqı Şurasının sədri kimi əvvəlki fəaliyyəti və göstərdiyi mühüm səylərə görə ona təşəkkür ifadə edilib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO