İlham Əliyev Albaniya Prezidenti ilə görüşdü

İlham Əliyev Albaniya Prezidenti ilə görüşdü

Hazırda oxunan: İlham Əliyev Albaniya Prezidenti ilə görüşdü

239119

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşüb.

Bizim.Media xəbər verir ki, ilk növbədə COP29-un Azərbaycanda uğurla keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdıran Bayram Beqay bu tədbir çərçivəsində aparılan danışıqlar prosesində ciddi nailiyyətlər əldə edildiyini və iqlim gündəliyi ilə əlaqədar vacib qərarların qəbul olunduğunu vurğulayıb.

Qonaq Azərbaycan ilə Albaniya arasında siyasi əlaqələrlə yanaşı iqtisadi-ticari, enerji, turizm və digər sahələrdə də əməkdaşlığın uğurla davam etdirildiyini deyib və bu xüsusda TAP layihəsinin əhəmiyyətinə toxunub, Azərbaycanın Albaniyanın qazlaşdırılması istiqamətində həyata keçirdiyi layihədən məmnunluğunu ifadə edib.
 

Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirib, COP29-a hazırlıq üçün ölkəmizin qısa vaxtı olmasına baxmayaraq bütün təşkilati işlərin yüksək səviyyədə həyata keçirildiyini vurğulayıb. Prezident İlham Əliyev də öz növbəsində COP29-da iqlim gündəliyi ilə əlaqədar olduqca mühüm qərarların qəbul edildiyini məmnunluqla xatırlayıb.


İkitərəfli münasibətlərə toxunan dövlət başçısı Azərbaycan ilə Albaniya arasında dostluq əlaqələrinin mövcud olduğunu vurğulayıb, enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini deyib, Azərbaycanın Albaniyanın qazlaşdırılması layihəsində iştirakına toxunub.

Söhbət zamanı əməkdaşlığın perspektivləri və ikitərəfli gündəliyə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə XII Qlobal Bakı Forumunun beynəlxalq gündəlikdə duran məsələlərinin müzakirəsi baxımından əhəmiyyətinə toxunulub. Bayram Beqay bu tədbirdə mütəmadi olaraq iştirak etməsini məmnunluqla vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO