Tokayev Ceyhun Bayramovla görüşdə: “Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir”

Tokayev Ceyhun Bayramovla görüşdə: “Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir”

Hazırda oxunan: Tokayev Ceyhun Bayramovla görüşdə: “Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir”

238768

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Astanaya səfərini əhəmiyyətli adlandırıb.

Bizim.Media “Akorda”ya istinadən xəbər verir ki, Kasım-Jomart Tokayev bunu Prezident administrasiyasında Ceyhun Bayramovla danışıqlar zamanı bildirib.

"Sizin səfəriniz qardaş Azərbaycanla əməkdaşlığımızın daha da inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir. Biz Azərbaycanı etibarlı strateji tərəfdaş və müttəfiq hesab edirik", - o vurğulayıb.

Görüş zamanı Xəzər dənizinin dibi ilə fiberoptik rabitə xəttinin və sualtı elektrik kabelinin çəkilişi də daxil olmaqla iri strateji layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Ticarət, investisiya, rəqəmsallaşdırma, tranzit və nəqliyyat sahələrində gələcək əməkdaşlıq perspektivləri də müzakirə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO