Əli Nağıyev Katrin Bombergerlə GÖRÜŞDÜ

Əli Nağıyev Katrin Bombergerlə GÖRÜŞDÜ

Hazırda oxunan: Əli Nağıyev Katrin Bombergerlə GÖRÜŞDÜ

238627

Martın 10-da Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru xanım Katrin Bombergeri qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
 

Bildirilib ki, tərəflər 2022-ci ilin aprel ayında baş tutmuş görüşdən sonra Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş vətəndaşlarımızın tapılması məqsədilə həyata keçirilən birgə fəaliyyəti müsbət dəyərləndirilib.


Dövlət Komissiyasının sədri Əli Nağıyev Azərbaycan  Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində saxladığı itkin soydaşlarımızın axtarışı məsələsi ilə bağlı Komissiyanın qarşısında qoyduğu vəzifələrin icrası yönündə davam etdirilən təxirəsalınmaz tədbirlərdən, Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərə aid məzar yerlərinin müəyyən edilərək ekshumasiyası və tapılmış meyit qalıqlarının eyniləşdirilməsi istiqamətində görülən işlərdən ətraflı bəhs edib.

Xidmət rəisi, eyni zamanda itkin şəxslərin taleyinin aydınlaşdırılması sahəsində Ermənistanın əməkdaşlıq etmək niyyətində olmadığını və hələ də qeyri-konstruktiv mövqe sərgilədiyini bildirib.

Komissiya sədri Əli Nağıyev Beynəlxalq Komissiyanın Qiymətləndirmə missiyası tərəfindən tərtib edilərək Azərbaycan tərəfinə təqdim olunmuş itkin düşmüş şəxslərin axtarışı imkanlarını özündə əks etdirən hesabat barədə də fikirlərini çatdırılıb, sözügedən təşkilatın Dövlət Komissiyasının işinə göstərdiyi dəstəyə görə minnətdarlıq edib.
 

Xanım Katrin Bomberger isə rəhbəri olduğu Beynəlxalq Komissiyanın hazırladığı hesabat sənədinin əhəmiyyətinə toxunmuş, Dövlət Komissiyası ilə qarşılıqlı fəaliyyət çərçivəsində mühüm işlərin görüldüyünü və komissiyalararası münasibətlərin gələcək inkişafına birgə səylərlə önəmli töhfələr veriləcəyinə dərin inamını ifadə edib.


Görüşdə, həmçinin itkin şəxslərin taleyinə tezliklə aydınlıq gətirilməsi ilə bağlı ümumi maraq kəsb edən digər məsələlər də geniş müzakirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO