Məşhur erməni politoloqu Riçard Qiraqosyan Ermənistanın mövcud vəziyyəti ilə bağlı tənqidi fikirlərlə çıxış edib.
Bizim.Media xəbər verir ki, bu barədə erməni politoloq öz şəxsi feysbuk hesabında qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Erməni polkovnikdən ŞOK ETİRAF: “Laçın və Kəlbəcərdə 17 yük maşını mina basdırdıq” - VİDEO
Qiraqosyan açıqlamasında bildirib ki, “Qarabağ uğrunda baş vermiş 44 günlük müharibənin ən əhəmiyyətli nəticələrindən biri ermənilər üçün təhlükəli “məğlubedilməzlik mifi”nin dağıdılması oldu. İndi də həmin düçüncəni davam etdirmək ölümcül təhlükədir”.
Qiraqosyan qeyd edir ki, müharibədən sonrakı reallığa uyğun hər hansı diplomatik strategiya bazasının olmaması, həmçinin Ermənistanın müdafiə sahəsi ilə bağlı cavabsız sualların çoxluğu ölkədəki siyasi və mənəvi böhran şəraitində rahat qərar verməyə imkan yaratmır və buna heç vaxtı da qalmayıb. Hər şey bitib.
Erməni analitik vurğulayıb ki, “Ermənistan PUA təhlükəsinə qarşı daha müasir texnologiyalara ağıllı sərmayələr qoymalı və köhnə modellərin istehsalına davam etməkdən çəkinməlidir”.
Bizim.Media