Tramp: “Rusiya ilə razılaşmaq Ukraynadan daha asandır” – VİDEO

Tramp: “Rusiya ilə razılaşmaq Ukraynadan daha asandır” – VİDEO

Hazırda oxunan: Tramp: “Rusiya ilə razılaşmaq Ukraynadan daha asandır” – VİDEO

238294

“Rusiya və Ukrayna arasında münaqişənin həlli üçün yekun nizamlanmaya gəlmək üçün Kiyevdənsə, Moskva ilə işləmək daha asan olacaq”.

Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, “bütün kartlar” Rusiya prezidenti Vladimir Putinin əlindədir.

Tramp əlavə edib ki, hazırda döyüş meydanındakı dinamikanı nəzərə alaraq, Putinin mövqeyində olan hər kəs Ukraynanı bombalayacaq. Tramp Ukraynaya kömək etmək istədiyini desə də, Kiyevin də sülh sazişi üzərində işləməli olduğunu vurğulayıb.

“Düşünürəm ki, biz Rusiya ilə çox yaxşı işləyirik, lakin hazırda onlar Ukraynanı bombalayırlar. Ukrayna ilə məşğul olmaq da mənə daha çətin gəlir, onların kartları yoxdur. Son razılaşmanın əldə edilməsi baxımından Rusiya ilə işləmək daha asan ola bilər, çünki onlarda bütün kartlar var”, - deyə Tramp söyləyib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO